Belarusda Yaponiya kəşfiyyatının əməkdaşı saxlanılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Belarus-1” dövlət telekanalı məlumat yayıb.
Məlumata görə, bu, xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mümkün olub.
Saxlanılan yapon kəşfiyyat agentinin Belarusdakı ictimai-siyasi vəziyyət, Çinin “Bir kəmər - bir yol” təşəbbüsünün həyata keçirilməsi, o cümlədən Belarus-Ukrayna sərhədində baş verənlər haqqında məlumat topladığı müəyyən edilib.