01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

ABŞ-da TƏLƏB: Pentaqon rəhbəri niyə yoxa çıxıb?

09 yan 2024 11:00
GÜNDƏM
ads

ABŞ-da konqresmenlər ölkənin müdafiə naziri Lloyd Ostinin gizli xəstəxanaya yerləşdirilməsindən sonra izahat tələb ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Nəşrin məlumatına görə, ABŞ Senatında və Nümayəndələr Palatasındakı hər iki partiyanın nümayəndələri Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı mövcud məlumatdan narazıdırlar. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin demokrat üzvü Set Moulton deyib: “Bunun müdafiə nazirinin başına gəlməsi və onun öz müavininin, hətta prezidentin də bilməməsi heyrətləndiricidir”.

Respublikaçı senator Syuzan Kollinz Pentaqonun rəhbərinin bir neçə gündür yoxa çıxmasını izaholunmaz adlandırıb. O qeyd edib ki, Yaxın Şərqdəki ABŞ ordusu müntəzəm olaraq hücuma məruz qalır.

Bundan əvvəl ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli prezident Co Baydeni bir neçə gündür Ostinin xəstəxanaya yerləşdirilməsindən xəbəri olmadığı üçün istefaya getməyə çağırıb. Onun fikrincə, bu, Baydenin "müdafiə naziri ilə gündəlik əlaqə saxlamadığını" göstərir.

Adəm


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur