09.07.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Abidələrin pasportlaşdırılması qaydaları təsdiqləndi

09 iyl 2025 18:00
MƏDƏNİYYƏT
ads
Advertisement

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və daşınmaz abidələrin pasportunun nümunəvi forması təsdiqlənib.

Qutb.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Daşınmaz abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şuşa şəhərinin ərazisində yerləşən daşınmaz abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (qurumu) həyata keçirir.

Daşınmaz abidənin pasportu bu Qaydalara uyğun olaraq verilən və müvafiq olaraq “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nda göstərilən məlumatları özündə əks etdirən vahid sənəddir.

Pasport Azərbaycanın mülkiyyətidir və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olunmaqla onda dəyişiklik edilməsinə yol verilmir.

Daşınmaz abidələrin pasportlaşdırılması ilə bağlı xərclər dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Daşınmaz abidələr üzərində aparılacaq əsaslı təmir-bərpa, konservasiya, rekonstruksiya, regenerasiya və digər işlərin layihəsi hazırlanarkən həmin abidənin pasportundakı məlumatlara istinad oluna bilər.

Bu Qaydalar tətbiq edilənədək tərtib olunmuş pasportlar bu Qaydalara uyğun tərtib olunmuş pasportlara bərabər tutulur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur