"Borussiya Dortmund" rəhbərliyi 34 yaşlı yarımmüdafiəçi Marko Roys ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddətinin uzadılmasında maraqlı deyil.
Publika.az xəbər verir ki, bu barədə "Sport Bild" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "arılar"ın cari mövsümün sonunda Roysla müqaviləni uzadacağı ehtimalı çox azdır. Klub onun bundan sonra uğurlu çıxış edəcəyinə şübhə edir.
Bununla belə, alman futbolçunun karyerasını adı açıqlanmayan başqa Bundesliqa klubunda davam etdirə biləcəyi vurğulanır.
Xatırladaq ki, Roys yetirməsi olduğu "Borussiya"da 2012-ci ildən çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 410 matçda iştirak edib, 167 qol vurub və 124 məhsuldar ötürmə edib.
Heybət