Aprelin 30-da Yerevan Zvartnots Beynəlxalq Hava Limanında faciəli hadisə baş verib.
Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, saat 00:30 radələrində Bars stansiyasından Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Zvartnots hava limanının xətt şöbəsinə 1868 saylı Moskva-Yerevan reysi ilə uçan bir nəfərin ölməsi barədə siqnal daxil olub.
Polis və müstəntiqlər müəyyən ediblər ki, ölən şəxs uçuş zamanı səhhəti pisləşən Rusiya Federasiyası vətəndaşı, 78 yaşlı Manuk M. Olub. Bundan sonra fövqəladə Hallar Nazirliyinin növbətçi briqadası onun bioloji ölü olduğunu elan edib.
Tural