28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Qərbi Azərbaycan İcmasından BƏYANAT: Fransa region qoşun göndərməyə çalışır

18 iyn 2024 20:00
GÜNDƏM
ads
Advertisement

Qərbi Azərbaycan İcması Fransanın Ermənistana silah satışı ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda deyilir:

“Fransa Cənubi Qafqaz regionuna soxulmaq üçün orada vəziyyəti gərginləşdirən addımlar atır. 2024-cü il 18 iyun tarixində Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalanmışdır.

Silah satışı ilə eyni gündə bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış etmişdir. Bunun təşkil olunmuş kampaniya olması heç kimdə şübhə doğurmur. Açıq-aydın görünür ki, Fransa regionda təxribat törətməyə və yaranacaq vəziyyətdən sui-istifadə edərək oraya qoşun göndərməyə çalışır.

Qərbi Azərbaycan İcması Fransanın təhlükəli oyunlarını və qəbulolunmaz təxribatlarını ən sərt şəkildə qınayır.

Ermənistan rəhbərliyinin bir tərəfdən sülhdən danışıb, digər tərəfdən hücum silahları alması ziddiyyətlidir. Bununla əlaqədar olaraq, İcma Ermənistandan Fransanın təxribatlarına uymamağı, həyata keçirməkdə olduğu irimiqyaslı silahlanma proqramına son verməyi və Azərbaycanla sülh yolunu tutmağı tələb edir”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur