Rusiyada musiqiçiləri daşıyan An-2 təyyarəsi Yakutiyada meşəyə sərt eniş edib. Təyyarə düz ağacların üstünə düşüb.
QÜTB.AZ xəbər verir ki, məlumatı "Baza" "Telegram" kanalı yayıb.
Bildirilir ki, təyyarənin göyərtəsində 3 ekipaj üzvü və “Monaco Jam” qrupunun 8 üzvü olub. An-2 mühərrikində nasazlıq səbəbindən Ust-Mayski bölgəsində sərt eniş edib. Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.
Musiqiçilər qızıl mədənçiləri üçün korporativ tədbirdən qayıdırmış.
Qeyd edək ki, qrup həm də “Səs” yarışmasının iştirakçısıdır.