ABŞ ordusu mümkün böyük müharibəyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bu məqsədlə 24 min boş və aidiyyəti olmayan vəzifələr bağlanır, hava hücumundan müdafiə bölmələri, pilotsuz uçuş aparatları, 5 yeni əməliyyat qrupu kimi tələb olunan vəzifələrə 7 500 hərbçinin cəlb edilməsi planlaşdırılır.
“Biz terrorizm və qiyamla mübarizədən uzaqlaşırıq. Genişmiqyaslı döyüş əməliyyatlarına hazır olmaq istəyirik”, – ordu katibi Kristin Vormut deyib.
ABŞ ordusunun hazırkı strukturunda 494 minə qədər əsgər ola bilər. Hazırda 445 min nəfər hərbi xidmətdədir.
Cəmilə