“Avroviziya - 2016”da Azərbaycanı təmsil edən müğənni Səmra Rəhimlinin 143 minlik “Instagram” səhifəsi oğurlanıb.
Publika.az xəbər verir ki, öncə səhifədə bütün şəkillər silinib, daha sonra “Səmra Rəhimli, xoş gəldin” yazısı ilə hekayə paylaşıldıqdan sonra səhifə silinib.
Qeyd edək ki, bundan öncə Xalq artisti Aygün Kazımovanın "Instagram" hesabı oğurlanmışdı.