01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Qarabağ Universiteti belə idarə olunacaq

06 fev 2024 18:00
ELM VƏ TƏHSİL
ads
Advertisement

Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlanıb.

Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitet aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Elm haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq idarə edilir.

Nizamnaməyə əsasən, Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə ilə müəyyən olunur.

Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır.

Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Nazirliyin təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.

Universitetdə tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.

Universitetin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.

Rektor Universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, Universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.

Universitetin 5 (beş) prorektoru var. Universitetin prorektorlarının sayı Nazirliklə razılaşdırılmaqla dəyişdirilə bilər.
Prorektorlar Universitetin rektorunun təqdimatı əsasında Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Nazirliyin müəyyən etdiyi prorektor həyata keçirir.

Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur