Ermənistanda Qarabağdakı keçmiş separatçı rejimin funksionerlərindən biri olan Ayk Şamiryan ev dustaqlığına məhkum edilib.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Ruben Məlikyan açıqlama verib.
Vəkilin sözlərinə görə, Şamiryan “Vətən naminə Tavuş” müxalifət hərəkatının mitinqlərində iştirak etdiyinə görə saxlanılıb.
Ayk Şamiryanın mənzilində axtarış aparılıb.
Ona qarşı irəli sürülən ittihamlarla bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Qarabağın işğalı illərində A.Şamiryan qondarma keçmiş separatçı rejimin rəhbərliyi tərəfindən Əsgəran qəsəbəsinin “meri” təyin edilmişdi.