Bu gün Rusiya və Ukrayna arasında daha bir hərbi əsirin mübadiləsi aparılıb.
Qutb.az xəbər verir ki, əsirlər may ayında İstanbulda keçirilmiş görüşdə əldə edilən razılıq çərçivəsində dəyişdirilib.
İstanbul razılaşmasına əsasən, Rusiya və Ukrayna “1000-ə 1000” düsturuna əsasən, hərbi əsirləri dəyişdiriblər. 880 hərbçi və 120 mülki şəxs Rusiyaya qaytarılıb.
İyun ayında keçirilən danışıqların ikinci raundu zamanı tərəflər ağır yaralıların və yaşı 25-dən aşağı olan hərbçilərin “hamısı hamı üçün” düsturu üzrə mübadiləsi barədə razılığa gəliblər. Son bir ay ərzində Rusiya və Ukrayna bir neçə dəfə tibbi və “paritet” məhbus mübadiləsi barədə məlumat veriblər.
Hər iki tərəfin bu gün neçə hərbçi dəyişdirdiyi məlum deyil.