01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Məhəmməd Yunus baş nazir kürsüsünə ƏYLƏŞƏCƏK

07 avq 2024 03:00
DÜNYA
ads

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.

QÜTB.AZ xəbər verir ki, bu barədə “Dhaka Tribune” ölkə prezidenti Şahabuddin Çuppanın mətbuat katibi Coynal Abedinə istinadla məlumat yayıb.

Abedinin sözlərinə görə, Yunusun təyin edilməsi barədə qərar dövlət başçısının “Tələbələr ayrı-seçkiliyə qarşı” hərəkatının liderləri ilə avqustun 6-da axşam saatlarında baş tutan görüşündən sonra qəbul edilib.

Bundan əvvəl Banqladeş prezidentinin ofisi tələbə hərəkatının tələbi ilə ölkə parlamentinin buraxıldığını elan edib.

Avqustun 5-də Banqladeşdə tələbələrin etirazı paytaxtda iğtişaşlara çevriib. Ölkənin baş naziri Şeyx Hasina istefa verdikdən sonra Hindistana qaçıb və oradan Böyük Britaniyadan siyasi sığınacaq istəyib .

Bundan əvvəl ölkə prezidenti Şahabuddin Çuppu müxalifət lideri və keçmiş baş nazir Xalidə Ziyanın ev dustaqlığından azad edilməsi, eləcə də tələbə etirazçıların həbsdən azad edilməsi barədə göstəriş verib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur