Moskvada bütün dövrlərin kəşfiyyatçılarına abidə ucaldılıb.
Onun təntənəli açılışı iyunun 24-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin Yasenevodakı qərargahı ərazisində baş tutub.
Heykəltəraş Vladimir İvanovun əsəri yazıçı Yulian Semyonovun romanlar silsiləsindəki personajın, sovet kəşfiyyatçısı Maksim İsayev-Ştirlitsin obrazı əsasında yaradılıb.
Xatırladaq ki, bu obraz vaxtilə “Baharın on yeddi anı” filmində aktyor Vyaçeslav Tixonov tərəfindən canlandırılıb.
Abidənin açılış mərasimində Semyonov və Tixonovun qızları iştirak ediblər. Tədbir iyunun 28-də qeyd olunacaq Rusiya kəşfiyyatının yüz illiyinə təsadüf edib.
Mənbə: moslenta.ru