ABŞ Silahlı Qüvvələri İsrail və Livanın "Hizbullah" şiə hərəkatı arasında qarşıdurmanın kəskinləşməsi halında öz vətəndaşlarını təxliyə etmək üçün hərbi personalını Livan və İsrailə köçürməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Bundan əlavə, qeyd edilir ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki müttəfiqləri ilə mümkün təxliyələri və “istənilən koalisiya hərbi əməliyyatlarını” koordinasiya etmək üçün danışıqlar aparır.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsraillə Livanın şiə Hizbullah hərəkatı arasında mümkün genişmiqyaslı müharibənin bütün Yaxın Şərq üçün dəhşətli nəticələri olacağını bildirmişdi.
Qeyd edilib ki, Ostinin bu sözləri İsrail rəhbərliyinə də ünvanlanıb.
Hüseyn İbadlı