Sabirabadda avtomobil 6 yaşlı uşağı vurub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad şəhərində qeydə alınıb.
"Toyota Prado" markalı avtomobil yolda qaçan 2017-ci il təvəllüdlü Nuray Vaqif qızı Rəhimlini vurub. Ağır xəsarətlər alan uşaq əvvəlcə Sabirabad xəstəxanasına və daha sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun