İstanbulda bir gündə 11 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, 26-sı xarici ölkə vətəndaşı olmaqla ümumilikdə 38 nəfər saxta spirtli içki qəbul etdikdən sonra şəhərin müxtəlif xəstəxanalarına şikayətlə müraciət edib.
"24 saat ərzində xəstəxanaya yerləşdirilən 38 nəfərdən 11-i dünyasını dəyişib", - məlumatda deyilir.
Özbəkistanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, respublikanın 5 vətəndaşı Aksaray rayonunda aldıqları saxta spirtli içki qəbul edərək şəhərdə dünyasını dəyişib.
Hüseyn İbadlı