Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya sərhədində hücumların sayının artırılmasının lazım olduğunu bildirib.
Publika.az xəbər verir ki, onun sözlərindən "RİA Novosti" sitat gətirib .
O, sərhəd bölgəsində hücumları genişləndirməyə çağırıb və daha geniş miqyasda hücum görmək istədiyini vurğulayıb
"Bu, Rusiyanın 21-ci əsrdə müharibənin necə olduğunu hiss etməsi üçün lazımdır", - Podolyak qeyd edib.
O əlavə edib ki, Rusiya sərhədyanı rayonlarının sakinləri bomba sığınacaqlarında yaşamalı və siren səslərini də eşitməlidirlər.
Podolyak daha əvvəl Rusiya Silahlı Qüvvələrinin ağır artilleriyaya görə Ukrayna Silahlı Qüvvələrindən 3 dəfə üstün olduğunu bildirmişdi . Onun sözlərinə görə, Ukrayna hərbçiləri gündə 1,5-3,5 min mərmi istifadə etdiyi halda, Rusiya tərəfi hər gün 7,5-12 min ağır çaplı mərmi istifadə edir.
Hüseyn İbadlı