Moldova polisinə Avropada 6, Moldovada isə 2 seçki məntəqəsinin minalanması ilə bağlı anonim məlumat daxil olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının rəhbəri Angela Karaman məlumat verib.
Moldova Xarici İşlər Nazirliyi əvvəllər Almaniya və Böyük Britaniyada, eləcə də Dnestryanı sakinlərin səs verdiyi Moldovanın özündə seçki məntəqələrinin minalanması ilə barədə məlumat verib.
Karaman siyahını genişləndiri. İndi söhbət altı xarici seçki məntəqəsindən gedir: Brasov və Buxarestdə (Rumıniya), Frankfurt-Mayn və Kayzerslautendə (Almaniya), Nortempton və Liverpulda (Böyük Britaniya), həmçinin Dnestryanı sakinlərin səs verdiyi Varnitadakı iki seçki məntəqəsi.
Moldovada keçirilən prezident seçkilərinin ikinci turuna ölkə prezidenti Maia Sandu və keçmiş baş prokuror, Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo çıxıblar.