Pakistanın bəzi bölgələrində terror təhlükəsi səbəbindən təhsil dayandırılıb.
Publika.az xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda bəzi məktəb və universitetlər bağlanıb.
Yerli mətbuatda yayılan məlumatlara görə, İslamabad polisi təhsil müəssisələrinə qarşı hücumlarla hədələnib. Səlahiyyətlilər bu səbəbdən paytaxtdakı universitet və məktəblərdə təhsilin dayandırıldığını bəyan ediblər.
"Geo News" telekanalındakı xəbərdə Hava, Bahria və Milli Müdafiə Universitetlərində tələbələrə təhsilin dayandırıldığı barədə mesajlar göndərilib.
Roza Şəfiyeva