Qüdsdə Məscidül-Əqsa qapısına edilən hücumda Türkiyənin TRT telekanalının operatoru yaralanıb.
Publika.az xəbər verir ki, hadisə cümə namazı öncəsi İsrail qüvvələrinin pozuntularını lentə alarkən baş verib.
İsrail qüvvələri əvvəlcə Əqsa qapısında fələstinlilərə hücum edib. Daha sonra hücumu lentə alan “TRT Xəbər” komandasını hədəfə alıb.
Qeyd olunub ki, “TRT Xəbər”in müxbiri Mücahit Aydemir jurnalist olduğunu bildirsə də, İsrail qüvvələri müdaxilə zamanı onun telefonunu zorla ələ keçirib və oradakı görüntüləri siliblər.
Daha sonra İsrail qüvvələri “TRT Xəbər” komandasını ərazidən uzaqlaşdıraraq yayıma icazə verməyib.
Aysel Şahmar