29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Yermaka görə Ukraynada "yarpaq tökümü" başlayır: Görün kimlər vəzifəsini itirəcək

23 sen 2024 18:00
GÜNDƏM
ads

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakla münaqişəyə görə tutduğu vəzifədən uzaqlaşdırıla bilər.

QÜTB.AZ xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri mənbələrə istinadən yazıb.

“Hərbi kəşfiyyatın rəhbəri Vladimir Zelenskinin yaxın çevrəsində Yermaka alternativ olan azsaylı nüfuzlu şəxslərdən biri olaraq qalır. Və yaxın gələcəkdə Budanovun özü işdən çıxarılmasına nail ola bilər”, - nəşr qeyd edib.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov da vəzifəsini itirə bilər. Mənbələrin başqa versiyasına görə, Umerov kreslosunu saxlaya bilər, lakin onun müavinləri arasında “təmizləmələr” aparılacaq.

Ukrayna mətbuatının yazdığına görə, Budanov və Ukraynanın müdafiə naziri Rustem Umerov yaxın vaxtlarda işdən çıxarıla bilər. Onların məlumatına görə, GUR-a Budanovun keçmiş müavini, Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edən Oleq İvaşçenko rəhbərlik edə bilər və onun yerini Umerov tutacaq. Mənbələr mümkün istefaları prezident aparatının rəhbəri Andrey Yermakla əlaqələndirirlər.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur