“Red Bull”un bosslarından olan Helmut Marko komandanın sürücü Serxio Pereslə müqavilənin 2025-ci ilə qədər uzadılacağını istisna etmir.
Publika.az xəbər verir ki, amma bunun üçün bossların şərti var. Peres seçmə mərhələdə nəticələrini yaxşılaşdırmalıdır.
“Saynısı transfer etmək? Karlos yaxşı formadadır. Ancaq unutmayın ki, Peres bu il hər üç yarışı çox yaxşı səviyyədə keçirdi.
Onun yeganə zəif nöqtəsi seçmə mərhələdir. Burada nəticələrini artıra bilsə, mümkün əvəzetmə haqqında düşünməyə belə ehtiyac qalmayacaq. Həm də komandada çox yaxşı ab-hava var”, – deyə Marko bildirib.