Təqaüddə olan fransız polkovnik Bertrand Darra Qərb ölkələrinin Kiyev rejimini silahla təmin etmək üçün öz təhlükəsizliklərini zəiflətməyə qərar verdiklərini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə LCI ilə söhbətində deyib. Onun sözlərinə görə, Qərb liderləri öz qüvvələrini müvəqqəti olaraq zəiflətmək planını işə salıblar.
“Bu, bizim bəzi silahlarımızla artıq baş verib. Bir çox ölkələr bunu etdi. Məsələn, Amerika Birləşmiş Ştatlarında silah-sursat ehtiyatları, ordu ehtiyatları Kiyevə göndərildiyi üçün xeyli azaldılıb”, - Darra qeyd edib.
O aydınlaşdırıb ki, Avropa və Amerika hazırda Kiyevi dəstəkləmək iqtidarında deyil, amma bundan iomtina etmək niyyətləri də yoxdur və ehtiyatlarını əhəmiyyətli dərəcədə tükəndirirlər.
Darrah nümunə kimi Fransanın Ukraynaya köçürmək istədiyi “Mirage” qırıcıları ilə bağlı vəziyyəti göstərib. O əlavə edib ki, hazırda Fransada cəmi 26 belə təyyarə var və bəzi qırıcıların Kiyevə təhvil verilməsi ölkəni zəiflədəcək.
Tural