10.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Rusiyaya meydan oxudular: təhlükə yaransa, azı 300 min əsgər...

12 mar 2024 13:00
GÜNDƏM
ads

Polşaya hərbi təhlükə yaranarsa, NATO ölkələrinin ən azı 300 min hərbçisi ora göndərilə bilər.

Publika.az xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargah rəisinin müavini, general Karol Dimanovski deyib.

"Bunlar NATO-nun Vilnüsdəki sonuncu sammitində siyasi səviyyədə təsdiqlənən ən müasir planlarının müddəalarıdır. İndiyə qədər NATO-nun ön sıralarında 40 min əsgər var idisə, indi 300 min olacaq", Dimanovski bildirib.

Polşalı general jurnalistin ölkədəki Amerika qoşunlarının sayını 100 minə çatdırmağın mümkün olub-olmaması ilə bağlı sualını da cavablandırıb. Baş Qərargah rəisi vurğulayıb ki, NATO-nun yüksək hazırlıq qrupundan olan hərbi qulluqçular “müharibə başlamazdan əvvəl təhlükə altında olan ölkəyə gəlməlidirlər”.

2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitdə NATO liderləri alyansın şərq cinahında 300 min əsgərin yerləşdirilməsi və müdafiə təchizatının əhəmiyyətli dərəcədə genişləndirilməsi planı təsdiqlənib.

Martın 11-də RMF24 radiostansiyası bildirib ki, Vaşinqtona səfərindən əvvəl Milli Təhlükəsizlik Şurasının iclası zamanı respublika prezidenti Anjey Duda ölkədəki Amerika hərbi kontingentinin sayını artırmaq istəyib. Həmin gün ABŞ prezidenti Co Bayden Polşa sərhədində əlavə Amerika hərbçilərinə ehtiyac olmadığını açıqlayıb. Amerikanın Varşavadakı səfiri Mark Bjezinskinin sözlərinə görə, Polşa ərazisində 10 mindən çox ABŞ hərbi qulluqçusu yerləşdirilib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur