ABŞ razılaşma əldə etməyə hazırdır. İranın da tezliklə buna hazır olması aydınlaşacaq”.
Xarici KİV-inə istinadən xəbər verilir ki, bu fikirləri ABŞ-ın xüsusu nümayəndəsi Robert Malli İranın nüvə proqramı ilə bağlı Vyanada keçiriləcək görüşlə bağlı bildirib.
Xüsusi nümayəndə məsələ ilə bağlı həddindən artıq nikbin olmaqdan çəkinməyi tövsiyə edib.
Qeyd edək ki, avqustun 4-də Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqarmı ilə bağlı Birgə Əhatəli Fəaliyyət Planı üzrə danışıqlar keçiriləcək. Bunu İran üçün son cəhd də adlandırırlar. Görüşdə İran və ABŞ, Böyük Birtaniya, Fransa, Almaniya, Avropa İttifaqı, Rusiya və Çin nümayəndələri iştirak edirlər.