Rusiyanın "Uralets-TS" klubunun futbolçularının olduğu avtomobil Perm-Yekaterinburq magistralında qəzaya uğrayıb. Nəticədə futbolçu Yevgeni Sitnikov yerindəcə ölüb, daha üç idmançı yaralanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, futbolçulardan Kirill Koçetov komadadır, Denis Fedoroçev və Kirill Mılnikov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Sitnikovun 33 yaşı var idi. "Amkar"ın yetirməsi olan müdafiəçi ölkə çempionatının ikinci divizionundakı klubda çıxış edib.
Milli.Az