"ABŞ İranla münaqişə axtarmır, lakin ordusunun Yaxın Şərqdə təhlükə altında olmasına imkan verməyəcək".
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder danışıb.
Nazirlik nümayəndəsi deyib ki, Vaşinqton bu qruplarla münaqişəyə can atmır.
"Lakin biz dayanıb qüvvələrimizin etibarlı təhlükəsizliyini təmin etmədən onların təhdid edilməsinə imkan verməyəcəyik", - rayder qeyd edib.
Bundan əvvəl Cənubi Karolinadan olan respublikaçı senator Lindsey Qraham bu ölkədən maliyyə alan husilərdən xilas olmaq üçün İrana zərbə endirməyə çağırıb. Siyasətçinin fikrincə, İran olmasa, husilər də olmayacaq.
İHüseyn İbadlı