Zaqatalada itkin düşmüş Bakı sakinləri tapılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, dünən səyahət məqsədilə gəldikləri Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyyə olunublar.
Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.
Milli.Az