Rusiya 2024-cü ilin ikinci rübündə neft hasilatını və ixracını azaldacağını açıqlayıb.
Publika.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak verdiyi açıqlamada Rusiyanın neft hasilatı və ixracı ilə bağlı qiymətləndirmələr edib.
Novak ölkəsinin 2024-cü ilin ikinci rübündə neft hasilatını və ixracını gündəlik 471 min barel azaldacağını açıqlayıb.
Rusiya ötən il neft ixracını gündəlik 500 min barel azaldarkən, bu azalmanın 2024-cü ilin sonuna qədər davam edəcəyi bildirib.
Ekspertlər Rusiyanın bu qərarının neft bazarında təlatüm yarada biləcəyini proqnozlaşdırırlar.
Roza Şəfiyeva