Təl-Əviv Universitetinin keçirdiyi sorğuda iştirak edən israillilərin təxminən 90 faizi İsrail ordusunun Qəzzada fələstinliləri haqlı səbəblərlə öldürdüyünü və yaraladığını düşünür.
Publika.az xəbər verir ki, Təl-Əviv Universiteti 605 israilli ilə İsrailin Qəzza zolağına hücumları ilə bağlı sorğu keçirib. İsraillilərin təxminən 53 faizi blokada altında olan Qəzza zolağında qeyri-qanuni yəhudi məskənlərinin salınmasını dəstəklədiyini bildirib.
Rəyi soruşulanların 58,5 faizi Qəzza zolağına nəzarətin İsrailin əlində olması, 27,1 faizi nəzarətin beynəlxalq güc, 5,8 faizi isə Fələstin Administrasiyası tərəfindən təmin edilməli olduğunu müdafiə edib.
İsraillilərin 27 faizi müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini, 66 faizi isə bu ideyanın əleyhinə olduğunu bildirib.
Sorğuda iştirak edən israillilərin yarısından çoxu İsrail ordusunun hücumlarında uyğun güc istifadə etdiyini iddia edib.
Roza Şəfiyeva