ABŞ-da aparılan araşdırmaya görə, ölkədə yaşayan böyüklərin 47 faizi uşaq sahibi olmaq istəmir.
Publika.az xəbər verir ki, ABŞ-da yerləşən Pev Araşdırma Mərkəzinin keçirdiyi sorğuya görə, ölkədə böyüklərin 47 faizi uşaq sahibi olmaq istəmir.
“Axios”un məlumatına görə, sorğuda yaşı 50-dən yuxarı olan 2542 və 50 yaşdan aşağı 770 uşaq sahibi olmayan şəxsdən uşaq sahibi olmaq istəyib-istəmədikləri soruşulub. İştirakçıların 47 faizi uşaq sahibi olmaq istəmədiyini bildirib.
2018-ci ildə ABŞ-da keçirilən sorğuda uşaq sahibi olmaq istəməyənlərin nisbəti 37 faiz, 2021-ci ildə isə 44 faiz olub.
Qadınların 64 faizi uşaq sahibi olmaq istəmədiyini bildirsə də, kişilərdə bu nisbət yüzdə 50 olub.
Aysel Şahmar