Çexiyanın paytaxtı Praqada fermerlərin etirazları davam edir.
Publika.az xəbər verir ki, kənd təsərrüfatı təşkilatlarının nümayəndələrinin görüşündən sonra Çexiya Aqrar Palatasının prezidenti Yan Dolejal və Kənd Təsərrüfatı İttifaqının sədri Martin Pıxa qarşıdan gələn aksiya barədə məlumat veriblər: “Traktorlar və digər kənd təsərrüfatı texnikası Praqada yürüş edəcək, hökumət binasının qarşısında isə nümayiş olacaq”.
Çexiyanın kənd təsərrüfatı naziri Marek Vıbornı hökumətin fermerlərin beş tələbindən bəzisini təmin etdiyini açıqlayıb.
Fermerlərin fikrincə, bu yardım hələ ki, kifayət deyil.
Martin Pıxanın sözlərinə görə, fermerlər Vıbornının kömək etməyə hazır olduğunu görürlər, lakin hökumət koalisiyasının digər partiyalarından dəstək yoxdur.