Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah İordaniyaya səfər edəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Fidan 14 dekabr 2024-cü il tarixində İordaniyanın ev sahibliyi ilə təşkil ediləcək Suriya mövzulu iclasda iştirak edəcək.
Xatırladaq ki, daha əvvəl Türkiyənin XİN başçısı amerikalı həmkarı Antoni Blinkenlə Suriyadakı vəziyyəti müzakirə etmişdi.