Avropa İttifaqı ölkələri Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfərinə Aİ-nin Budapeşt tərəfindən təşkil edilən nazirlər toplantılarını boykot etməklə cavab verə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" yazır.
Qəzetin yazdığına görə, Aİ səfirlərinin bir neçəsi Macarıstanı Orban hazırkı kursunda davam etsə, “real nəticələrlə” hədələyib.
“Ən təcili variant Budapeştin təşkil etdiyi qeyri-rəsmi nazir görüşlərini boykot etmək ola bilər”, - materialda deyilir.
Bundan əvvəl Orban Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa İttifaqı liderlərinə məktub göndərib.
Həmçinin Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi Orbanın Ukraynadakı vəziyyəti həll etmək səylərini yüksək qiymətləndirir.
Akqabay