01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Bu bitkinin cavanlaşdırıcı gücü olduğu iddia edilir

29 fev 2024 05:00
GÜNDƏM
ads

Xorvatiyanın Split Universitetinin alimləri dəniz şüyüdündən əldə edilən hidrozolların və efir yağlarının güclü antioksidant və yaşlanma əleyhinə potensiala malik olduğunu aşkar ediblər.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Foods" jurnalında dərc olunub. Araşdırma zamanı alimlər Fransa və Xorvatiyadan toplanmış dəniz şüyüdünün biokimyəvi tərkibini və bioloji xüsusiyyətlərini öyrənmək üçün kimyəvi və bioloji analiz üsullarının kombinasiyasından istifadə ediblər. Məlum olub ki, bu bitki güclü antioksidant və yaşlanma prosesini ləngitmək gücünə malikdir. Tərkibinə daxil olan fenolik bitki birləşmələri hüceyrələri oksigenin xüsusi formaları olan sərbəst radikalların təsirindən qoruyaraq yaşlanma ilə mübarizə apara bilir. Onlar təbii maddələr mübadiləsi zamanı bədəndə yığılırlar.

Həmçinin qeyd edilib ki, Xorvat dəniz şüyüdünün anti-tirozinaz və anti-kollagenaz fəaliyyəti nümayiş etdirir - dəriyə qulluq kosmetikasında hidrolatlar və ona əsaslanan efir yağları dərini yumşaltmağa, tonunu bərabərləşdirməyə və yaş ləkələrini yüngülləşdirməyə kömək edə bilər. Alimlər ümid edirlər ki, onların kəşfi yeni, təhlükəsiz və təbii yaşlanma əleyhinə kosmetik əlavələrin inkişafına kömək edəcək.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur