Estoniyada hazırda bir neçə ildən sonra ölkəni təhdid edə biləcək müharibəyə hazırlaşmaq barədə açıq müzakirələr gedir.
Publika.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Estoniya Ukraynalıları Konqresinin sədri Vera Konık bildirib.
O qeyd edib ki, Estoniya müstəqilliyini əldə edən kimi Rusiya ilə mümkün müharibəyə hazırlaşmağa başlayıb: "Çünki Estoniya Rusiya işğalının nə olduğunu dəqiq bilir".
Konık əlavə edib ki, estoniyalılar hər zaman Rusiyanın onların müstəqilliyinə hücumlarının yenidən baş verə biləcəyindən narahat olublar:
"Bu səbəbdən ölkədə özünümüdafiə sistemləri yaradılıb. Bunlar indi ukraynalılarla təcrübə mübadiləsi aparan könüllü hərbiləşdirilmiş qüvvələrdir. Artıq ölkənin meşələrində və şəxsi torpaqlarında “əjdaha dişləri” və beton bloklar quraşdırılıb".