29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək

08 dek 2024 00:00
GÜNDƏM
ads
Advertisement

2025-i qarşılamağımıza sayılı günlər qalıb. İndidən hər kəs Yeni il gecəsi üçün plan qurur. Bölgələri seçənlərin sayı isə heç də az deyil. Müxtəlif rayonlarda hotellərin yarıdan çox hissəsi artıq rezerv olunub.

QÜTB.AZ xəbər verir ki, əsas tələbat Quba-Qusar, Şəki-Zaqatala-Qax, Lerik-Lənkəran, Şamaxı-İsmayıllı-Qəbələ zonasınadır. Müxtəlif şou proqramlar, tanınmış müğənnilər, əyləncəli oyunlar təklif edən hotellər bayram üçün qiymətləri isə xeyli artırıb. Hətta hotellərin 2 nəfər üçün 3 gecəyə təklif etdiyi bu qiymətlər hazırkı bəzi xarici səfərlərdən daha bahadır.Yeni il günlərində 1 nəfərin 1 gecəsi azı 250-300 və daha baha başa gəlir.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, həm yerli, həm də xarici turistlər Yeni il üçün əsasən şimal bölgəsinə üstünlük verirlər. Qiymətlərə gəlincə, ekspert də əsasən 5 ulduzlu hotellərin baha olduğunu bildirdi.

Ekspert deyir ki, 3-4 ulduzlu hotellərdə qiymətlər nisbətən aşağıdır. Çünki bu hotellərdə şou proqram ya zəif təşkil olunur, ya da Ümumiyyətlə olmur. Qiymətlər 1 nəfər üçün 3 gecəlik 300-500 manat aralığında dəyişir. Bura səhər və şam yeməyi də daxildir.

"Xəzər"nin hazırladığı videomaterialı təqdim edirik:

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur