04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Rusiya paytaxta hücum etdi

01 yan 2025 16:00
GÜNDƏM
ads
Advertisement

Yanvarın 1-də Ukrayna paytaxtına dron hücumu nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Kiyev Şəhər Hərbi Administrasiyası və baş prokurorun ofisinin məlumatına istinadən bildirib.

"Səhər saatlarında Rusiya PUA-larının hücumuna məruz qalan Peçersk rayonunda ziyan dəymiş yaşayış binasında dağıntıların təmizlənməsi zamanı həlak olmuş qadının meyiti aşkar edilib", - məlumatda qeyd ounub.

Bundan başqa, baş prokurorun ofisi xəsarət alanlar arasında iki hamilə qadının olduğunu deyib.

Qeyd olunur ki, yanvarın 1-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə hücum zamanı 111 PUA-dan istifadə edib və hava hücumundan müdafiə sistemləri onların böyük hissəsini zərərsizləşdirib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur