29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Nazirliyin əməkdaşı faciəvi şəkildə CAN VERDİ

27 iyl 2024 16:00
HADİSƏ
ads
Advertisement

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

İlkin məlumata görə, hadisə xidməti vəzifəsinin icrası zamanı baş verib.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məsələ ilə bağlı FHN-dən sorğumuza cavab olaraq bildirildi ki, mərhum Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb olunduğu mütəxəssis olub.

Faktla bağlı araşdırma aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur