Rusiya ordusu Donetsk istiqamətində daha bir yaşayış məntəqəsini tutub. Söhbət Pobeda kəndindən gedir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov növbəti brifinq zamanı bildirib.
"Donetsk istiqamətində Cənub Qüvvələr Qrupunun bölmələri Pobeda kəndini tutub və cəbhə xəttində vəziyyəti yaxşılaşdırıb", - general bildirib.
O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin üç briqadası Novomikaylovka və Krasnoqorova ərazilərində məğlub olub. Nəticədə Ukrayna hərbçilərinin itkiləri 410 nəfərdən çox olub. Üç zirehli döyüş maşını, beş avtomobil, Polşanın “Krab” və “Boqdana” özüyeriyən silahları, həmçinin D-20 haubitsa və “Qvozdika” özüyeriyən silahları da məhv edilib.
Tural