28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Qeyri-adi hadisə: Kənd sakinləri istifadə etdikləri 60 tonluq körpünü oğurladılar

25 iyl 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Rusiyanın Ryazan vilayətində 300 milyon rubl dəyərində 60 tonluq dəmir yolu körpüsü oğurlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, bölgənin Skopinski rayonunun sakinləri cəmisi bir neçə gün ərzində metal qırıntısı kimi satmaq üçün keçidi söküblər. Teleqram kanalı vurğulayır ki, həmin insanlar körpüdən qonşu yaşayış məntəqələrinə getmək üçün istifadə ediblər. Bu körpü kəndi digər yaşayış məntəqələri ilə birləşdirən ən qısa yol olub.

Keçid sahibləri dəymiş ziyanı 300 milyon rubl qiymətləndirir və onlar FSB, Rusiya Federasiyasının İstintaq Komitəsi və polisə ifadələr yazıblar. Hazırda “Xüsusilə külli miqdarda oğurluq” və “Səhlənkarlıq” maddələri ilə cinayət işinin başlanması məsələsi həll edilir.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur