Rusiya kosmosa nüvə bombası yerləşdirmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadən məlumat yayıb.
Telekanal bildirir ki, bunu Amerika kəşfiyyatının məlumatları sübut edir. Məlumata görə, mənbələr Rusiyanın kosmosa nüvə silahı buraxmaq istədiyini bildirir. Söhbət onun peyklərə qarşı mümkün istifadəsindən gedir.
Fevralın 15-də ABŞ Konqresi “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı brifinq keçirəcək. Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Nümayəndələr Palatasının üzvlərini şəxsən məlumatlandıracağını təsdiqlədi, lakin onun hansı təhlükədən danışdığını dəqiqləşdirməkdən imtina edib.