Keçən gecə Moskvada son 20 ilin ən soyuq gecəsi olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Teleram kanalında məlumat verib.
Minimum hava temperaturu +9,6 dərəcəyə enib. Əvvəlki “soyuq” rekord 2004-cü il avqustun 16-da qeydə alınıb, o zaman minimum 8,1 dərəcə olub. Ümumilikdə, 21-ci əsrdə üçüncü dəfədir ki, gün havanın temperaturu +10 dərəcədən aşağı olur.
Ən aşağı temperatur ən güclü şəkildə Mixaylovskidə hiss olunub, burada temperatur 5,2 dərəcəyə düşüb.
O bildirib ki, soyuq gecələ bitir. Artıq qarşıdan gələn şənbə, avqustun 17-nə keçən gecə paytaxt rayonlarında hava 9-14 dərəcə isti təşkil edəcək. Yalnız şərqdə hava hələ də soyuq olacaq, burada temperatur üstəgəl 4-9 dərəcə olacaq.
Adəm Abbaslı