Ukraynanın raket hücumundan sonra Teodosiya limanında batmış Rusiyanın böyük amfibiya hücum gəmisi "Novoçerkassk"da 74 dənizçinin həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Sevastopolun Qara Dəniz Donanması ilə əməkdaşlıq edən NTS telekanalı məlumat yayıb.
“Moskva itkiləri gizlədir, 33 ekipaj üzvünün itkin düşdüyünü, 23 nəfərin yaralandığını və bir nəfərin öldüyünü açıqlayır. “Novoçerkask”ın heyəti 98 nəfərdir”, - məlumatda deyilir.
Gəmi batdıqdan sonra Rusiya ordusu Ukrayna şəhərlərini, o cümlədən Kiyevi bombalayıb. Mülki əhali arasında onlarla qurban var. Ukrayna rəhbərliyi Rusiyaya sərt cavab vəd edib. Bu gecə Ukrayna silahlı qüvvələri Rusiya Federasiyasının Bryansk vilayətinin infrastrukturlarına hücum edib.
Tural