Azərbaycan pilotları yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirərək, təyyarəni təhlükəsiz şəkildə idarə edib.
QÜTB.AZ xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
"Bu hadisə, həmçinin, Azərbaycanın pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğunluğunu göstərir. Ölkəmizdə formalaşmış bu ənənələr illərdir qorunur və inkişaf etdirilir", - o deyib.
Onun sözlərinə görə, təyyarəyə kənar müdaxilə olunub: "Günahkarlar da tapılacaq və cəzalandırılacaq. Hadisənin bütün detalları araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək".