16.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Rusiya İstintaq Komitəsi Aktau qəzası ilə bağlı ekspertiza təyin etdi

15 yan 2025 23:00
GÜNDƏM
ads
Advertisement

Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyaları araşdırır.

Qroznı, Mahaçqala və “Mineralnıye Vodı”nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir.

İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsi ilə birgə Aktauda qəzaya uğrayan təyyarənin “qara qutuları” araşdırılır. Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə daxil olan təyyarə yazıcılarından alınan məlumatlar öyrənilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur