Böyük Britaniyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ABŞ-dan daha aqressivdir.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya uzaqmənzilli raketlərin tədarükünə zəmanət verib.
“Əldə etdiyimiz məlumata görə, Aİ Ukraynaya daha uzaqmənzilli silahların verilməsi ilə bağlı tövsiyə hazırlayıb ki, onlar Rusiyanın ürəyinə çatsın”, - Lavrov deyib.