Bir neçə gün əvvəl Moskva Ermənistan xarici işlər nazirinə Bakı ilə sülh müqaviləsini müzakirə etmək üçün Rusiyaya səfər dəvəti göndərib.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Mirzoyana sülh müqaviləsi məsələləri üzrə Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib. İrəvana sonuncu siqnal bir neçə gün əvvəl göndərilib”, - o bildirib.