Avqustun 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Qutb.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.